Elxan Məmmədov 2 dekabr 2024-cü il tarixindən BP şirkətinin hasilat üzrə baş vitse-prezidenti vəzifəsinə təyin edilir.
Yenicag.az xəbər verir ki, bu barədə BP məlumat yayıb.
Bildirilib ki, yeni vəzifəsində Elxan Məmmədov BP-nin apstrim seqmentində dünya üzrə bütün hasilat işlərinin idarə edilməsinə cavabdeh olacaq. O, hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezident Qordon Birrelin rəhbərliyi altında BP-nin London ofisində çalışacaq.
Hazırda Elxan Məmmədov BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda hasilat üzrə vitse-prezidentidir. Bu vəzifədə Elxan son bir neçə ildir ki, AGT regionunda bp-nin bütün hasilat işlərinə rəhbərlik edir.