BP-nin London ofisində azərbaycanlı direktor

Daha bir azərbaycanlı mütəxəssis İngiltərənin “British Petroleum” transmilli neft-qaz şirkətində yüksək vəzifəyə təyin edilib.

Yenicag.az xəbər verir ki, Leyla Novruzova BP-nin London ofisində Qlobal Biznes Xidmətlərində İnsan Resursları üzrə direktor vəzifəsində çalışacaq.

L.Novruzova bu vaxta qədər “BP-Azerbaijan” şirkətinin insan resursları üzrə vitse-prezidenti vəzifəsində çalışıb.

Aprelin əvvəlində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, həmçinin Şimali Afrika və Yaxın Şərq bölgəsi üzrə planlaşdırma və kommersiya əməliyyatlarına başçılıq edən Emil İsmayılov BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olunmuşdu.

COP29