BQP-dən koronavirusla mübarizəyə dəstək: Fonda 2 min manat köçürdü

Böyük Quruluş Partiyası (BQP) Koronavirusla Mübarizə Fonduna 2 min manat köçürüb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı BQP başqanı, Milli Məclisin deputatı Fazil Mustafa açıqlayıb.

Fazil Mustafa qarşıdakı günlərdə də vətəndaşlara göstərilən dəstəyin davam etdiriləcəyini vurğulayıb:

“Bu gün Böyük Quruluş Partiyasının rəhbərliyi və sıravi üzvləri topladıqları ianə ilə partiyamız adından Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizə Fonduna 2000 AZN məbləğində vəsait köçürdük.

Allah dövlətimizi və millətimizi qorusun! İrəlidə də imkanımız çatan səviyyədə bu fonda və ayrılıqda ehtiyacı olan vətəndaşlarımıza dəstəyimizi davam etdirəcəyik”.

Gülşən Şərif

COP29