!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

BQR-in ABŞ-yə SƏFƏRİ: "Bağlı qapılar arxasında İran-Azərbaycan münasibətləri də müzakirə oluna bilər" - MÖVQE

!Reklam – Yazi

“ABŞ-də bağlı qapılar arxasında İran-Azərbaycan münasibətləri də müzakirə oluna bilər”.

Bunu Qarabağ ətrafındakı gərginlik, regionda baş verən proseslər və İran-Azərbaycan arasında münasibətlərin pisləşməsi fonunda Azərbaycan Ordusunun Baş Qərargah rəisi (BQR) general-polkovnik Kərim Vəliyevin ABŞ-yə səfərini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Türkiyənin Qafqazda olması bir növ NATO-nun orada varlığı deməkdir:

“İranla Azərbaycan arasında gərginliyin artması, digər yandan Ermənistanla sərhəddə təxribatlar, keçmiş Dağlıq Qarabağda gərginliyin artması, bundan əlavə Ermənistan müdafiə nazirinin ABŞ-yə səfəri, bunların fonunda Azərbaycan Ordusunun BQR-nin ABŞ-yə getməsi nəzərdən qaça bilməz.

44 günlük müharibə zamanı ABŞ generalları açıqlamalar vermişdi. Onlar Azərbaycan ordusunun istifadə etdiyi yeni və müasir taktikalardan danışırdılar.

Qafqazda son zamanlar gözlə görünən bir gərginlik var. Azərbaycan Prezidenti İlham Əliyev İran və Rusiya barəsində açıqlamalar verdi. Hesab edirəm ki, BQR-nin ABŞ-yə səfəri üzdə görünməsə də, dərinliklərdə həm də bunlarla da bağlı ola bilər. Türkiyə NATO üzvüdür.

Türkiyənin Azərbaycanda komandanlığı var. Türkiyənin Qafqazda olması bir növ NATO-nun orada varlığı deməkdir. Bu da ABŞ-yə sərf edir.

Hesab edirəm ki, bağlı qapılar arxasında İran Azərbaycan münasibətləri də müzakirə oluna bilər. ABŞ və İsrailin İranla münasibətləri hər zaman gərgin olub. Bundan əlavə erməni lobbisi də Azərbaycan əleyhinə ABŞ-də işlər aparır. Ancaq unutmaq olmaz ki, ABŞ-də ən güclü lobbi ermənilər yox, yəhudilərdir. İsraillə Azərbaycan münasibətləri isə ən yüksək səviyyədədir. Hətta Azərbaycan İsraildə səfirlik açdı”.

Səxavət Məmməd

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv