BQXK-nin könüllüsü Bərdədə humanitar dəstək verərkən öldürülüb – Hikmət Hacıyev

Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü Ermənistanın şəhəri kasset raketləri ilə atəşə tutması nəticəsində Azərbaycanın Bərdə şəhərində humanitar dəstək verərkən öldürülüb.

Yenicag.az-ın məlumatına görə, bunu zərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə etdiyi paylaşımda bildirib.