Brakonyerlər 118 min manata yaxın cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirirlər.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, doqquz ay ərzində keçirilən reydlər zamanı icazəsiz ov edən 90 yerli, 15 əcnəbi vətəndaş saxlanılaraq onlardan 93 ov tüfəngi, müxtəlif ov alətləri, ovlanmış quş və heyvan götürülüb.

Brakonyerlər barəsində protokollar tərtib olunaraq 99 nəfərə 117 min 698 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. Altı brakonyerin şəxsiyyətinin müəyyənləşdirilməsi və barələrində qanunauyğun tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına məktub göndərilib.

Hazırda reydlər davam etdirilir.

COP29