Nəsimi rayonunda marketdə satıcı döyülərək xəsarət alıb.
Yenicag.az-ın xəbərinə görə, hadisə Bülbül prospektində baş verib.
Belə ki, “Bravo” marketlər şəbəkəsinin “Bülbül Ekspres” filialında əlbəyaxa dava olub. Filialda satıcı işləyən 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri ilə mübahisə edib. Mübahisə nəticəsində o, döyülərək ağır xəsarət alıb.
Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
İlkin araşdırmalar aparılır./Report/