!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bravo”dan alınan kolbasanın içindən görün nə çıxdı - ŞİKAYƏT / FOTO

!Reklam – Yazi

“Gündəlik kolbasanın içərisində milçək çıxıbsa, əslində bütün cavabdehlər əl-ayağa düşməlidirlər. Amma bunlar o qədər rahatdırlar ki, heç işlə maraqlanmırlar“.

Yenicag.az xəbər verir ki, bunu Orxan Hüseynli adlı şəxs sosial şəbəkədə “Bravo” marketdən aldığı “SAB” kolbasasının içindən milçək çıxmasını əks etdirən şəkilləri paylaşan zaman bildirib.

Orxan Hüseynli “Bravo market”dən doğradaraq aldığı “SAB” kolbasasının içindən milçək çıxması ilə bağlı istehsalçı şirkət və Qida Təhlükəsizlik Agentliyinə şikayət etsə də, şikayətinə baxılmadığını iddia edib:

“Uşaq dedi, ata kolbasanın içində nəsə var, diqqətlə baxdım ki, milçəkdir.Ürəyimiz ağzımıza gəldi. Allahdan uşaqlar diqqətlidir ki, yeməyib. Marketə şikayət etdim, “istehsalçı firma gəlsin, cavab versin” dedim. İki aydır “SAB” firmasının heç vecinə deyil, heç bir məsul şəxs cavabdehlik daşımır. Telefonlarına heç bir halda cavab verilmir. Zaman itirmədən Qida Təhlükəsizlik Agentliyinə bildirdim. Dedilər ki, araşdırılıb cavab veriləcək. İki aydan çoxdur ki, heç bir formada cavab verilməyib və dəfələrlə zəng etsəm də, cavab veriləcək deyilib. Halbuki qanunvericiliyə əsasən 15 gün, zəruri halda 30 gün ərzində vətəndaşın müraciətinə cavab verilməlidir. Lakin maraqları nədirsə, işi fırladıb dururlar. Eləcə də marketin çağrı mərkəzi heç bir nəticəyə gətirmədi.

Həqiqətən dəhşətə gəlirəm. Gündəlik kolbasanın içərisində milçək çıxıbsa, əslində bütün cavabdehlər əl-ayağa düşməlidirlər. Amma bunlar o qədər rahatdırlar ki, heç işlə maraqlanmırlar. Mən heç kimin haqqına girməmək üçün bu qədər müddət gözlədim ki, bəlkə sivil formada açıqlama verilər və üzrxahlıq edilər. Amma olmadı. Ona görə də qoy hamı bu hadisədən xəbərdar olsun ki, sizdə mənim kimi kolbasada sürpriz həşəratla qarşılaşa bilərsiniz”.

Gülşən Şərif

www.yenicag.az

3886
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv