Braziliya çempionu müəyyənləşdi

Futbol üzrə Braziliya çempionatında 2017/2018 mövsümünün qalibi bəlli olub.

Yenicag.az xəbər verir ki, 35-ci turda “Fluminense”ni 3:1 hesabı ilə məğlub edən “Korintians” sona 3 tur qalmış çempionluğu rəsmiləşdirib.

Qeyd edək ki, bu, “Korintians”ın 7-ci çempionluqdur.