Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Braziliya Ciu-Citsu (No-gi) və Kombat Ciu-Citsu idman növləri üzrə açıq turnir keçirilib - Fotolar

Reklam: Sinerji Pro

Dünən Hövsan Olimpiya İdman Kompleksində Braziliya Ciu-Citsu döyüş sənətinin No-Gi versiyası və Kombat Ciu-Citsu döyüş sənəti üzrə Açıq Turnir keçirilib.

Yenicag.az xəbər verir ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Yarışın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Firudin Paşayev çıxış edib. Ölkədə gedən inkişafdan danışan F. Paşayev dövlət başçısı cənab İlham Əliyevin idmana xüsusi diqqət və qayğısına toxunub.

Daha sonra çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov qonaqları salamlayaraq idmançılara müvəffəqiyyət arzulayıb. O həmçinin ölkəmizdə bu idman növlərinə artan maraqdan və bu idman növlərinin populyarlaşmasından söz açaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə də yarışa göstərdiyi dəstəyinə görə xüsusi təşəkkürünü bildirib.

Bundan sonra tədbirdə çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin vitse-prezidenti Murad Cəfərov da idmançılara müvəffəqiyyət arzulayaraq bu iki qurumun təşkilatçılığı ilə keçirilən yarışın bu idman növlərinin gələcəyinə müsbət təsir göstərəcəyini deyib.

Keçirilən yarışda Braziliya Ciu-Citsu və Kombat Ciu-Citsu üzrə iyirmiyə yaxın klub və nümayəndəlik iştirak edib. Bundan başqa yarışda qonaq qismində Rusiyadan bir və Gürcüstandan iki komanda da iştirak edib.

200-dən çox idmançının mübarizə apardığı yarışda müxtəlif çəki dərəcəsi, yaş və kəmər kateqoriyasında uşaqlar, yeniyetmələr, gənclər və veteranlar öz güclərini sınayıblar.

Yarışın sonunda turnirin qalibləri diplom və medallarla mükafatlandırılıb.

www.yenicag.az

1597
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM