Braziliya işıqsız qaldı

Braziliyanın əksər ştatlarında genişmiqyaslı elektrik enerjisi kəsintisi yaşanıb.

Yenicag.az xəbər verir ki, ölkənin milli operator şirkəti, eləcə də Mədən və Energetika Nazirliyi insidentin səbəbini açıqlamayıb.

Məlumata görə, San-Pauluda elektrik problemi bir neçə metro xəttinə təsir edib. Şimal-şərqdəki Bahia ştatının paytaxtı Salvador şəhərində metro sərnişinləri relslər boyu gəzməyə məcbur olublar.

Braziliyanın bir çox böyük şəhərlərində işıqforlar fəaliyyətini dayandırıb.

Artıq ölkənin cənubunda, cənub-şərqində və qərbində elektrik enerjisinin verilişinin bərpa edildiyi bildirilib./Oxu.az/