Braziliya millisi şok itki ilə üzləşib.
Yenicag.az xəbər verir ki, Dani Alveş Rusiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Buna isə ulduz futbolçunun PSJ-nin heyətində “Le Arbye” qarşı çıxış etdiyi oyunda zədələnməsi səbəb olub.
Təcrübəli futbolçunun ölkə kubokunun finalında sağ diz ön xətt bağı yırtılıb. Bu səbəbdən müdafiəçi 6 ay yaşıl meydanlardan uzaq qalacaq.