Braziliya hökuməti OPEC üzvü olmaq arzusunda olduqlarını açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Jair Bolsonaro Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” forumunda çıxışı zamanı bildirib.
O deyib: “Şəxsən mən Braziliyanın OPEC üzvü olacağını düşünürəm.
Dövlət başçısı bu barədə arxayın olduğunu və ölkəsinin OPEC üzvü olan bəzi ölkələrdən daha böyük neft-qaz ehtiyatlarına malik olduğunu söyləyib.
Prezident diqqətə çatdırıb ki, bu gün neft hasilatına görə 12-ci yerdə olan Braziliya qarşıdakı bir neçə il ərzində 6-cı yeri tuta bilər./Report/