Braziliya prezidentinin BMT MACƏRASI: Restorana buraxılmadı, karantinə alındı – FOTO

BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edən Braziliya prezidenti Jair Bolsonaro karantinə alınıb.

Yenicag.az xəbər verir ki, buna səbəb Braziliyanın nümayəndə heyətində koronavirus aşkarlanması olub.

Belə ki, Nyu-Yorka gələn Bolsonaronun heyətində yer alan səhiyyə nazirində koronavirus aşkarlanıb.

Koronavirus vaskininə qarşı olan Bolsonaro ötən gün Nyu-Yorkdakı restoranların birində yemək yemək istəsə də, o, COVID pasportu olmadığı üçü içəri buraxılmamışdı. Bolsonaro da nazirlərlə birgə çöldə pizza yemişdi.