Reklam: High Technic
hightechnic

Braziliya Venesuela ilə sərhədə qoşun göndərdi - SƏBƏB

Braziliya prezidenti Mişel Temer ölkənin silahlı qüvvələrinin bir qrup hərbçisini Venesuela ilə sərhədə göndərib.

Yenicag.az xarixi mətbuata istinadən xəbər verir ki, bu Venesueladan olan miqrantların sayının artması ilə bağlıdır. Temer bildirib ki, bu tədbir braziliyalıların və miqrantların özlərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruridir.

Məlumata görə, ölkənin şimalındakı Rorayma ştatına 120 hərbçi göndərilib. Onlar miqrant axını ilə bağlı insidentlərin qarşısını almalıdırlar.

Braziliya bələdiyyəsinin bir qrup sakini daha əvvəl venesuelalı miqrantların yaşadıqları, BMT-nin iştirakı ilə qurulmuş çadırları dağıdıb.

www.yenicag.az

3125