Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 31 911 nəfər yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 689 613 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 729 nəfər ölüb, ölənlərin ümumi sayı 140 537 nəfər təşkil edir.