Braziliyada matəm elan olundu

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva futbolçu və məşqçi Mario Zaqallonun vəfatı ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

Yenicag.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Mario Zaqallo yanvarın 6-da 92 yaşında vəfat edib. O, braziliyalı yeganə şəxsdir ki, dörd dəfə Dünya Kubokunu qazanıb: iki dəfə futbolçu (1958, 1962), bir dəfə baş məşqçi (1970) və bir dəfə köməkçi məşqçi (1994) kimi.

COP29