Braziliyanın San-Paulu şəhərində məktəbdə atışma olub.
Yenicag.az xəbər verir ki, atışmada 9 nəfər həlak olub, 17 nəfər xəsarət alıb.
Bildirilir ki, atəş açan iki şəxs olub. Onlar 5 şagirdi və məktəbin bir əməkdaşını güllələyiblər, daha sonra özlərini vurublar.
Ehtimal olunur ki, hücum edənlər əvvəl həmin məktəbdə təhsil alıblar. Həlak olanların yaşı hələ dəqiqləşdirilməyib./Trend/