Braziliyada prezident seçkiləri səsverməsinə başlanılıb.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, təxminən 150 milyon seçici dövlət üzvlərini, dövlət qubernatorlarını, senatı və nümayəndə heyətinin üzvlərini təyin etmək üçün səs verəcək.
Seçki əvvəli sorğular göstərir ki, prezidentliyə əsas namizəd Bolsonaro onun ən güclü rəqibi, sosialist Fernando Haddada qarşı üstünlüyünü qoruyub saxlayıb.
Keçmişdə Braziliya ordusunun kapitan vəzifəsini icra edən Bolsonaronun korrupsiya və cinayətkarlıqla uğurlu mübarizəsi onu seçkilərdə əsas namizd kimi önə çıxarıb.
Braziliya qanunlarına əsasən, bu gün hər hansı namizəd 50 faizdən çox səs toplayaraq üstünlüyünü təmin edə bilməzsə səsvermədə ikinci tura ehtiyac yaranacaq. İkinci tur oktyabrın 28-də keçiriləcək.