Braziliyada təyyarə qəzaya uğradı: 4 nəfər öldü

Braziliyanın cənub-şərqində ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, qəza bu gün Minas-Jerays ştatının Jekitai şəhəri yaxınlığında qeydə alınıb.

İlkin məlumatlara görə, təyyarə eniş edərkən qəzaya uğrayıb.

Hər iki pilot, təyyarənin sahibi və onun həyat yoldaşı hadisə yerində ölüb.