Braziliyalı futbolçuları aparan təyyarə qəzaya uğradı: 75 ölü – VİDEO

170838_res_01Kolumbiyada göyərtəsində 81 adam (72 sərnişin, 9 ekipaj üzvü) olan təyyarə qəzaya uğrayıb.

Virtualaz.org xarici KİV-nə istinadən bildirir ki, təyyarə Medelyin hava limanına doğru hərəkət edərkən qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində Braziliyanın “Şapekoense” futbol klubunun üzvləri olub. Onlar Cənubi Amerika Kubokunun oyununda iştirak etmək üçün Medelin şəhərinə gedirmişlər.İlkin məlumatlara görə, qəza nəticəsində təyyarədəkilərin hamısı ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.