Braziliya məhkəməsi ölkənin keçmiş prezidenti Lula da Silvanı həbs cəzasına məhkum edib.
Yenicag.az-ın məlumatına görə, eks-prezident çirkli pulların yuyulması və korrupsiyada günahkar bilinərək 9 il 6 ay həbs cəzasına məhkum edildi.
Qeyd edək ki, 2016-cı ilin mart ayında Braziliya prokurorluğu artıq bir dəfə sabiq prezident Da Silvaya qarşı ittiham irəli sürüb. Həmin zaman o, dövlət vəsaitinin mənimsənilməsində şübhəli bilinirdi.