Ads by Google

hightechnic
Ads by Google

93543_1fnwmtu9et (1)Aktyor Bred Pitə qarşı cinayət işi açılıb.

Bu barədə məlumatı ilk olaraq TMZ saytı yayıb. Aktyor öz uşaqları ilə kobud rəftarda və onlara qarşı zorakılıq tətbiq etməkdə günahlandırılır.

Hətta ulduzun keçən həftə öz şəxsi təyyarəsində səyahət edərkən əsəbiləşərək uşaqlardan birini vurduğu iddia edilir.

Bəzi mənbələr bildiri ki, Coli məhz ərinin uşaqlara qarşı rəftarına görə ondan boşanmaq istəyib.

Qeyd edək ki, 2005-ci ildə “Mister və Miss Smit” filmində tanış olan cütlüyün 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina övladlığa götürüb. Onların ilk övladı 2006-cı il 7 may tarixində dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar. Uşaqlarının ilk şəkillərini cütlük “People” və “Hello” jurnallarına 10 milyon dollar məbləğində satıblar. Bu isə məşhurlar arasında dünyanın ən bahalı şəkli kimi tarixə düşüb. 2008-ci ildə onların əkiz uşaqları dünyaya göz açıb. Oğlanın adı Noks Leon, qız isə Vivyen Marşelindir. Noks və Vivyenin ilk şəkilləri yenidən rekord qiymətə satılıb – 14 milyon dollar. Həmin bu pulları onlar xeyriyyəçiliyə xərcləyiblər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 82
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.