Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxış tarixi hələ də açıq qalır.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Avropa İttifaqı Böyük Britaniyanın qərarını gözləmədən, “Breksit”i 2021-ci ilə qədər təxirə salmağa hazırlaşır.
Qeyd olunur ki, bu müddətin seçilməsi Britaniyanın Aİ-dən çıxması üçün tələb olunan büdcə, prosedur və maliyyə səbəblərindən qaynaqlanır.
Ancaq qaydalara əsasən, həmin tarix birtərəfli qaydada deyil, Britaniya hökumətinin sorğusu əsasında müəyyənləşməlidir. Lakin Londondan Brüsselə belə bir müraciət daxil olmayıb.
Təhlilçilərin fikrincə, Britaniya bununla “Breksit” şərtlərinin yumşaldılmasına ümid bəsləyir.