Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“Breksit”dən “Brenter”ə: London Brüsseli, yoxsa Vaşinqtonu seçəcək?

Reklam: High Technic

“Böyük Britaniyanın yenidən Avropa İttifaqına qayıtmasını təmin edəcək siyasi proseslər güclənməkdədir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Böyük Britaniyanın Avropa İttifaqında (Aİ) üzvlüyünü bərpa etməsinin mümkünlüyünü və həmin prosesi şərtləndirən amilləri şərh edən politoloq Aydın Quliyev deyib.

Böyük Britaniyada Aİ-dən çıxmaqla bağlı 23 iyun 2016-cı ildə keçirilmiş referendumun nəticələri müsbət olsa da, bundan cəmi iki il sonra ölkədə əks tendensiyanın gücləndiyi müşahidə olunur.

2016-cı ildə Aİ-dən çıxmağa səs verən əksər britaniyalıların çoxu artıq “köhnə dünya”nın tərkibinə qayıtmaq mövqeyinə keçməkdədirlər. Məsələ isə sürətlə aktuallaşaraq, ölkə gündəminin əsas mövzusuna çevrilib.

Bu mənada, Britaniyanın baş naziri Tereza Meyin Aİ üzvlüyünün tərəfdarları ilə əleyhdarlarının təzyiqlərinə necə davam gətirəcəyi böyük maraq doğurur. Çünki Aİ mövzusu hakim Mühafizəkarlar Partiyası daxilində kəskin fikir ayrılıqlarına səbəb olub.

Britaniyanın keçmiş xarici işlər naziri, hazırda isə “Breksit” (ölkənin Aİ-dən çıxışı) tərəfdarlarının lideri olan Boris Conson baş nazirə yönəlik təzyiqləri gücləndirməkdədir.

Eyni zamanda, Aİ-də qalmaq tərəfdarlarını ciddi surətdə təşkilatlandıran parlamentin deputatı Nik Bouls isə bu xəttin qalib gəlməsi üçün səylərini gücləndirirb. O baxımdan, Mühafizəkarlar Partiyasının sentyabrın sonu – oktyabrın əvvəlində keçiriləcək konfransında Aİ ilə bağlı mühüm qərarların qəbulu gözlənilir.

Britaniyada Aİ-yə münasibətdə getdikcə intensivləşən daxili müzakirələrə təsir edən amillərdən biri də ABŞ-ın bu məsələyə pərdəarxası müdaxiləsidir. Hesab edilir ki, Aİ-ni küncə sıxışdırmaqda qərarlı olan Tramp administrasiyası Britaniyanın qurumu birdəfəlik tərk etməsinin tərəfdarlarını davamlı şəkildə stimullaşdırır.

Böyük Britaniyanın Aİ-də qalıb-qalmamaq ehtimalını Yenicag.az-a dəyərləndirən politoloq Aydın Quliyev bildirib ki, “Breksit” tərəfdarları öz mövqelərini sürətlə itirməkdədirlər:

“Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendum keçirilən dönəmdə Avropa ciddi maliyyə-iqtisadi böhranla üz-üzə idi. Bunu nəzərə alan britaniyalıların əksəriyyəti Avropanı bürüyən böhranın təsirinə düşməmək üçün Aİ-dən çıxmağa səs verdilər.

Ancaq ötən müddət ərzində Avropa İttifaqı ölkələri üzləşdikləri böhranı aradan qaldıra bildilər və bu, Böyük Britaniya üçün Aİ-nin əhəmiyyətini yenidən artırdı. Hər halda, britaniya cəmiyyəti Avropa İttifaqının geniş imkanlarından istifadə etməyi dəyərləndirəcək qədər praqmatikdir.

Böyük Britaniyanın siyasi dairələrində bu istiqamətdə gedən müzakirələr də kifayət qədər maraqlıdır. “Breksit” tərəfdarları prosesin dönməzliyini təmin etmək üçün bütün imkanlarını səfərbər etdikləri kimi, Aİ-də qalmaq tərəfdarları da öz arqumentlərini gücləndirməkdədirlər. Belə hesab edirəm ki, britaniya cəmiyyəti bu prosesin yekununda Aİ-də qalmağa səs verəcək.

Sözsüz ki, Britaniyada gedən bu müzakirələrə ABŞ-ın müəyyən formada müdaxilə imkanları var. Bəli, hazırda Avropa İttifaqı ilə münasibətləri yumşaq desək, xeyli sərinləyən ABŞ-ın Britaniyanı bu ittifaqdan kənarda saxlamağa çalışması mümkündür. Ancaq mənim fikrim bundan ibarətdur ki, yeni referendum keçirilsə, britaniyalılar Aİ-də qalmağa səs verəcəklər”.

A.Zeynalov

www.yenicag.az

2744
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM