“Breksit”in gətirdiyi dalğa: Britaniyada “qara işlər”i kim görəcək?

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra ölkədə işçi qüvvəsi çatışmazlığı yaranacaq.

Yenicag.az xəbər verir ki, hökumətin sifarişi əsasında aparılmış tədqiqatın nəticələri tətbiq olunarsa, o zaman əmək fəaliyyəti üçün Şərqi Avropadan Böyük Britaniyaya gələn yüz minlərlə rusdilli işçi ölkəni tərk etməli olacaq (BBC).

Hesabatda qeyd olunur ki, Avropa İttifaqından Britaniyaya gələn ucuz işçi qüvvəsinin qarşısı alınarsa, o halda dünyanın başqa ölkələrindən yüksək ödənişli ixtisaslı işçilərin ölkəyə gətirilməsinə zərurət yaranacaq.

Məlumata görə, haqqında danışılan tədqiqat bir il əvvəl Tereza Mey hökuməti tərəfindən sifariş olunub və Britaniyanın miqrasiya siyasətinin həmin hesabat əsasında müəyyənləşəcək .

Maraqlıdır ki, bu dalğanın ilk növbədə Avropa İttifaqının rusdilli vətəndaşlarını “vuracağı” gözlənilir. Təqribi hesablamalara əsasən, hazırda Britaniyada Latviya və Litvadan 300 minə qədər miqrant işləyir, onların da əksəriyyəti rusdillidir.

Bununla belə, Avropa İttifaqının başqa ölkələrindən gələrək, Britaniyada yaşayıb-işləyən vətəndaşların ölkədən çıxarılması məsələsi gündəmdə deyil.

COP29