“Brent” bahalaşdı – Neftin qiyməti 84 dollara çatır

“Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 19:29 üçun (Bakı vaxtı) 0,46 faiz bahalaşaraq 83,8 dollar/barel təşkil edib.

Yenicag.az xəbər verir ki, “WTI” markalı neftin dekabr fyuçerslərinin qiyməti Nyu-York ticarət birjasında 1 faiz bahalaşaraq 82,75 dollar/barel təşkil edib.