Brent markalı neft bu gün neçəyədir?

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Yenicag.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,08 dollar və ya 0,12% artaraq 66,03 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar ya 0,10% azalaraq 77,24 dollar təşkil edib.