“Brent” markalı neftin qiyməti rekord həddə çatıb

Son 40 ayda “Brent” markalı neftin qiyməti ilk dəfə 72 dolları ötüb.

Yenicag.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,40% artaraq 67,09 dollar təşkil edib.

ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri isə 0,18 dollar və ya 0,25% artaraq 72,24 dollar təşkil edib. Qeyd edək ki, sonuncu dəfə bu qiymət 2014-cü ilin dekabrında qeydə alınıb.