“Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 19:25 üçün (Bakı vaxtı) 0,39 faiz ucuzlaşaraq 88,93 dollar/barel təşkil edib.
Yenicag.az xəbər verir ki, noyabr fyuçerslərinin satışı bu gün başa çatacaq.
Dekabr fyuçerslərinin qiyməti isə 0,25 faiz ucuzlaşaraq 87,8 dollar/barel təşkil edib.
Xatırladaq ki, ötən gün “Brent” markalı neftin qiyməti 83 dollardan da aşağı düşmüşdü.