Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Brent” markası tarixə keçir: Azərbaycan nefti bundan sonra necə qiymətləndiriləcək?

“Argus” Beynəlxalq Qiymətləndirmə Agentliyi Avropa üçün “New North Sea Dated” adlı yeni neft orientirini təqdim edib.

Yenicag.az oilcapital.ru-ya istinadən xəbər verir ki, neftin yeni qiymətləndirmə indeksi çoxdan qəbul edilən və Şimal dənizi akvatoriyasında çıxarılaraq Avropaya nəql olunan, həmçinin başqa markadan olan neftə də şamil edilən, özündə növ bazarının likvidliyini ehtiva edən məntiq əsasında müəyyənləşdirilib.

Sirr deyil ki, Şimal dənizi rayonunda çıxarılan və “Brent” zənbilinə aid olan neft növlərinin həcmi davamlı olaraq azalır. Çünki hasilat üçün xammal bazası tükənməkdədir. Eyni zamanda, xüsusilə ABŞ-da, slans neftin hasilatı artır.

Etalon (benchmark) yaranandan bəri “Brent” markalı neftin “zənbil”i dörd növdən – “Brent”, “Osoberg”, “Ekofisk” və “Fortis” növlərindən ibarət olub. Bu növlərin gündəlik hasilatı 1 milyon barel civarındadır.

“Argus”un qiymətləndirməsinə görə, Avropada emal olunan WTI neftinin (gündəlik 900 min barel) Şimal dənizində çıxarılan BFOET növlərinin (gündəlik 910 min barel) məcmu hasilatını tədricən üstələməkdədir.

Agentliyin metodologiyasına əsasən, ABŞ-ın WTI markalı nefti “Brent” markasına aid növlərdən sonra ən çox satılan növdür. WTI nefti hətta “Urals” markasından da çox satılır. Ona görə də, WTI markalı neft Avropa bazarına aid qiymət göstəricilərinə daxil edilməlidir.

Bundan başqa, “Argus” “New North Sea Dated” indeksinin tərkibinə Avropaya ixrac edilən “Saharan Blend”, “BTC Blend”, “Bonny Light”, “Escravos” və “Qua Iboe” növlərini də daxil edib. Agentlik ümid edir ki, bu növlərin qiymətləndirmə “zənbil”inə daxil edilməsi onların likvidliyini artıracaq.

“Açıq broker” şirkətinin əmtəə bazarı üzrə analitiki Oksana Lukiçeva hesab edir ki, yeni indikator Rotterdam limanı vasitəsilə Avropaya idxal edilən yüngül neft növləri üçün etalon rolunu oynayacaq. Həmin indikatora sadəcə, WTI deyil, bütün yüngül neft növləri də daxil ediləcək.

“BKS Premyer” şirkətinin baş analitiki Anton Pokatoviç bu fikirdədir ki, “Brent”dən yeni indikatora keçid prosesi bir neçə aydan bir ilə qədər çəkə bilər. Lakin Avropalı istehlakçılar yeni qiymət markerinin ticarət sisteminə inteqrasiya olunmasına çalışacaqlar. Qeyd olunur ki, etalon hesablaşmaya daxil edilən neftin fiziki həcminin çoxalması neft fyuçersinin likvidliyini artırmaqla yanaşı, qiymətlərin müəyyənləşdirilməsini də asanlaşdıracaq.

www.yenicag.az

5603
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM