!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brexit Londona ildə 100 milyard avroya başa gələcək

!Reklam – Yazi

Böyük Britaniyanın hazırkı saziş üzrə Avropa İttifaqının tərkibindən çıxması 2030-cu ilədək ÜDM-in 4 faiz azalması ilə nəticələnəcək. Bu, ölkə iqtisadiyyatının ildə 100 milyard avro itirməsi deməkdir.

Yenicag.az xəbər verir ki, Britaniya Milli İqtisadiyyat və Sosial Tədqiqatlar İnstitutunun hesablamalarına görə, xidmət sahəsində əngəllər iqtisadiyyatın bu sektorunun cazibəsini azaldacaq. Nəticədə Avropa İttifaqından gələn yatırımlar zəifləyəcək və britaniyalı işçilərin effektivliyi azalacaq.

Bununla yanaşı, ekspertlər Krallığın Aİ-ni sazişsiz tərk etməsi variantını da araşdırıblar. Bu, Böyük Britaniya üçün daha ağır başa gələ, ÜDM-in 5,5 faiz azalması və ya ildə 140 milyard avro itirilməsi ilə nəticələnə bilər./Azərtac/

www.yenicag.az

3242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv