“Brexit” sazişində növbəti qərar: İrlandiya sərhədləri barədə razılıq əldə edildi

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya “Brexit” saziş layihəsi çərçivəsində, Şimali İrlandiya ilə “sərt sərhəd”in tətbiq edilməməsi ilə bağlı ortaq çıxış yolunun tətbiqi barədə razılığa gəlib.

Yenicag.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu çərşənbə günü Avropa Komissiyasının baş müzakirəçisi Mişel Barnye deyib.

“Bu razılaşma sözügedən danışıqların başa çatmasında həlledici bir addım, nizamlı çıxış istiqamətində böyük bir irəliləyişdir, lakin əlbəttə ki, hələ çox işlər görülməlidir”, – deyə Barnye Brüsseldə jurnalistlərə bildirib.

COP29