Britaniya Parlamentinin İcmalar Palatası, hökumətin ölkənin Avropa Birliyindən (AB) çıxmasına dair şərtlər haqqında təklif etdiyi yeni texniki sənədi qəbul etməyib.
Yenicag.az xəbər verir ki, 258 deputat sənədin lehinə, 303-ü isə əleyhinə səs verib.
Yanvar ayında Britaniya Parlamenti Baş nazir Tereza Mey tərəfindən təklif edilən AB ilə “Brexit” müqaviləsini rədd edib, 29 yanvarda isə Avropa Birliyi ilə əsas məsələ – İrlandiya sərhədi problemi mövzusunda müzakirələrin davam etdirilməsinə icazə verən “Brexit” ilə bağlı texniki sənədə dəyişiklikləri təsdiqləyib./Report/