!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Brexit”in başlanma tarixi məlum olub

!Reklam – Yazi

“Brexit”in başlanma tarixi məlum olub

Martın 14-də Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi olaraq ölkəsinin Avropa İttifaqından çıxma proseduruna start verə bilər.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, buna səbəb kimi nazirlər kabinetinin təkidi göstərilir.

Martın 13-də Böyük Britaniyanın İcmalar palatası Lordlar palatasının “Brexit”lə bağlı qanun layihəsinə daxil etdiyi dəyişiklikləri müzakirə edəcək.

Qeyd edək ki, ötən il keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. Fevralın 1-də Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib.

Yeniçağ.Az

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv