BRİKS sammitinə görə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir

Kazanda hotellər yüksək səviyyəli qonaqlara xidmət etmək üçün hazırlanır.  

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd olunub ki, BRİKS sammiti öncəsi ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.

Artıq 33 dövlət başçısı BRİKS sammitində iştirakını təsdiqləyib, onlardan 24-ü birinci şəxs səviyyəsindədir.

Sammitin oktyabrın 22-24-də keçirilməsi planlaşdırılır.

Regional dövlət turizm komitəsinin məlumatına görə, Kazanda keçiriləcək BRİKS sammitinə hazırlıq çərçivəsində yeni hotellər tikilib, mövcudları isə təmir edilib.

Ölkələrin ilk simalarının Kazanda beşulduzlu hotellərdə qalacağı qeyd edilir.

COP29