Brilliant Dadaşovadan xoş xəbər: “Ona yox deyə bilməzdim” – FOTO/VİDEO

Xalq artisti Brilliant Dadaşova Türkiyənin “Kemal Müzik Yapım & Menajerlik” şirkəti ilə əməkdaşlıq edəcək.

Yenicag.az xəbər verir ki, şirkətin rəhbəri Kamal Aslan “Türkiyə və Azərbaycan mədəniyyət körpüsü” layihələrini təqdim etmək üçün Bakıya gəlib.

Layihə çərçivəsində xalq artistinin konsertləri təşkil olunacaq.

B.Dadaşova yeni layihədən danışıb:

“Hər təklifi qəbul etmirəm, Kamal bəy bir markadır, ona yox deyə bilməzdim. İşbirliyimizə artıq start verdik”.

“Bu layihələri reallaşdırmaqda məqsədimiz heç də pul qazanmaq deyil. Bir məqsədimiz var, o da Türkiyə-Azərbaycan arasında mədəniyyət körpüsü yaratmaqdır”, – deyə Kamal Aslan bildirib.

Cəvahir

COP29