Brilliant Dadaşovanın evini su basdı, tavanı çökdü – Yenilənib

bril6Yanvarın 18-i xalq artisti Brilliant Dadaşovanın “Sahil” metrosunun yaxınlığında, Üzeyir Hacıbəyov küçəsində yaşadığı mənzilini su basıb.

Hadisə şahidlərin verdiyi məlumata görə, buna səbəb yuxarı mərtəbədə yaşayan qonşunun qızdırıcı xəttlərinin partlaması olub. Hadisə baş verərkən qonşu evdə olmayıb.

Hadisə nəticəsində Brilliant Dadaşovanın mənzilinə ciddi ziyan dəyib. Saatlarla axan isti su evin təmirinə, əşyalarına zərər vurub. Mənzilin tavanı davamlı axan isti suyun təsirindən tökülüb. Ev tamamilə yararsız vəziyyətə düşüb.

Məlumatı B.Dadaşovanın köməkçisi də təsdiqləyib. Xalq artisti hadisədən sonra evini tərk edib.(musavat)

***

Brilliant Dadaşovanın köməkçisi faktı AzNews.az-a təsdiqləyib. O, bildirib ki, hadisə zamanı müğənni evdə olmayıb və evə girərkən belə bir vəziyyətlə qarşılaşıb: “Evin tavanının bəzək hissələri çöküb, parket şişib. Ev çox pis haldadır”.

Müğənninin köməkçisi onu da əlavə edib ki, B.Dadaşova məsələ ilə bağlı “JEK”ə müraciət edib: “Gəlib baxıblar, bu istiqamətdə nə lazımdırsa edirlər”.