!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Brilliant Dadaşovanın müğənni bacısı gömrükdə saxlanılıb - VİDEO

!Reklam – Yazi

Space telekanalında yayımlanan “Nahara qədər” verilişinin bugünkü qonağı xalq artisti Brilliant Dadaşovanın müğənni bacısı Lalə Dadaşovadır.

Yenicag.az xəbər verir ki, aparıcı Sevinc Əliyeva müğənni ilə bağlı ilginc açıqlamalar verib. O, sənətçinin Çexiyadan gələndə gömrükdə saxlanıldığını bildirib:

“Lalə əlində torbalarla gələndə, onu gömrükdə saxlayıblar ki, “aç sumkaları baxaq”. Camaat pal-paltar, ayaqqabı, cer-cehiz, bahalı xalı-xalça gətirər, bu da xırda muncuqlar gətirib”.

Müğənni aparıcının sözünü təsdiqləyib:

“Düz deyirsən, onda qıtlıq idi, indi mağazalarda hər şey var. Mən o muncuqları gətirirdim ki, paltarlara düzüm. Ancaq sumkalarda yox, qutularda gətirirdim”.

Qeyd edək ki, Lalə Dadaşovanın qonaq olduğu veriliş bu gün Space kanalında saat 12:30-da əməkdar artist Sevinc Əliyeva və Şəbnəm Turanın təqdimatında yayımlanacaq. Verilişin informasiya dəstəkçisi Yenicag.az saytıdır.

Cəvahir

www.yenicag.az

5686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv