Brilliant: “Gör uşağa nələr demisən ki, gedib intihar edib” – VİDEO

Xalq artisti Brilliant Dadaşova intihara sövq edilən məktəbli Elina Hacıyevadan danışıb.

Yenicag.az xəbər verir ki, sənətçi məktəb direktorunu sərt tənqid edib:

“Uşaq intihar edir, həyatına son qoyur. Amma sən bu qədər insanın arasında deyirsən ki, o, əxlaqsız ailənin uşağıdır. Gör uşağa nələr demisən ki, gedib intihar edib. Mən süngər kimiyəm, bütün ağrıları özümə çəkirəm. Günlərlə yata bilmirəm”.

“Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik: