Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə onu təhqir edən şəxsə görə polisə müraciət edib.
Yenicag.az xəbər verir ki, müğənni həmin şəxsin məşhur xalq artistinin «adamı» olduğunu bildirib:
“Bir dəfə buna görə polisə müraciət etdim. Həmin şəxs bir xalq artistinin qızının dostu çıxdı.
Sonra o uşağın nənəsi mənə zəng etdi, çox ağladı. Ürəyim gəlmədi, ona görə bu söhbəti böyütmədim”.
Xalq artisti bunu ARB-nin “Şou Nyus” verilişində açıqlayıb.
Nehru