Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Brilyantlı" yerkökü - Kanadada maraqlı hadisə

Kanadada maraqlı hadisə yaşanıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, kanadalı Mari Grams 2004-cü ildə tarlada işləyərkən brilyant qaşlı bəxt üzüyünü itirir. Həyat yoldaşının əsəbiləşəcəyini bilən qadın öz üzüyünə bənzəyən adi bir bijuteriya alıb taxır və demək olar ki, baş verən hadisəni unudur. 13 ildən sonra isə qeyri-adi hadisə baş verir. Marinin gəlini tarladakı yerköküləri çıxardıb, evə gətirir. Əvvəlcə onu donuzlara vermək istəyən Mari son anda fikrindən vaz keçir, piroq hazırlamaq üçün tərəvəzləri yumağa başlayır və…. Qadın gözlərinə inanmır: 13 il əvvəl itirdiyi üzüyü iki yerkökünün arasına pərçimlənmişdi.

84 yaşlı qadın ailə mirası olan üzüyünü tapdığına görə çox xoşbəxtdir. Jurnalistlərə açıqlamasında isə artıq üzüyü taxmayacağını və evində saxlayacağını deyib.

Yenicag.az

www.yenicag.az

871
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100