Britaniya bu nazirlərə sanksiya tətbiq etdi

Böyük Britaniya hökuməti Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, sanksiya siyahısına təhsil naziri Sergey Kravtsov, eləcə də mədəniyyət naziri Olqa Lyubimova və jurnalist Anton Krasovski daxil edilib. Bundan əlavə, məhdudiyyətlər siyasi strateq Timofey Sergeytsev, Xarkov vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Vitali Qançev və Adıgey rəhbəri Murat Kumpilovu da əhatə edib.

Bundan əlavə, Donetsk Xalq Respublikası (DXR) İnsan Hüquqları üzrə Müvəkkili Daria Morozova, eləcə də DXR-in Uşaq Ombudsmanı Eleonora Fedorenko və Başqırdıstan Respublikası hökumətinin baş nazirinin müavini Lenara İvanova Londonun sanksiyaları altına düşüb.

COP29