Britaniya kral ailəsinin saytına kiberhücum edildi

Britaniya kral ailəsinin rəsmi internet saytı DoS hücumuna məruz qalaraq 90 dəqiqəlik fəaliyyətini dayandırıb.

Yenicag.az xəbər verir ki, hücuma görə məsuliyyət rusiyalı haker “KillMilk”in üzərinə düşür. O, saytın sındırılmasını “pedofillərə qarşı hücum” adlandırıb.

Həmçinin qeyd edilir ki, oxşar hücumlar Birmingem, Brayton və digər şəhərlərin ictimai nəqliyyat sistemlərinə də baş verib. Lakin “KillMilk”in onlarla əlaqəsi olub-olmadığı məlum deyil./Oxu.az/