Britaniya qoşunlarının bazasına hücüm edilib

thumb_polis afganistan_283Əfqanıstanda silahlılar ölkənin cənubunda yerləşən Hilmənd əyalətindəki Kemp-Bastion bazasına hücum ediblər.

Silahlılar baza hasarından daxil olduqdan sonra baş verən döyüşdə beş əfqanıstanlı hərbçi və 26 hücumçu ölüb.

Əfqanıstandakı Britaniya qoşunlarının əsas bazası olan Kemp-Bastion oktyabrın sonunda Əfqanıstan Silahlı Qüvvələrinə təhvil verilib.

Bundan başqa, ABŞ-ın Kemp-Levernek bazası da Əfqanıstanın tabeliyinə verilib.

(az.salamnews.org)