Britaniya Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

London Moskvaya qarşı sanksiyaların səmərəsizliyi müəyyən olunarsa, onları ləğv edə bilər.

Yenicag.az xəbər verir ki, bunu Böyük Britaniyanın Rusiyadakı səfirliyi məlumat yayıb.

“Sanksiyalar Aktı və onun əsasında hazırlanmış qaydalar Böyük Britaniya tərəfindən tətbiq edilən sanksiyaların tətbiqi, dəyişdirilməsi və ləğvi üçün hüquqi əsas yaradır “, – Britaniya diplomatik missiyası bildirib.

Səfirlik qeyd edib ki, sanksiyalar bir sıra səbəblərə görə, o cümlədən tətbiq olunduğu xarici siyasət məqsədinə nail olmaq və ya məhdudiyyətlərin artıq sərfəli olmadığı müəyyən edildikdə ləğv edilə bilər./unikal

COP29