Britaniya səfiri Cəbrayıla səfər etdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp işğaldan azad olunan Cəbrayıl rayonuna səfər edib və ərazidə həyata keçirilən minatəmizləmə əməliyyatlarının gedişatı ilə tanış olub.

Yenicag.az xəbər verir ki, diplomat bu barədə özünün “Twitter“ hesabında paylaşım edib.

“SafeLane Global” şirkətinin düşərgəsini və “Qaya Safety Solutions” şirkətini ziyarət etdim”, – deyə Şarp tvitində bildirib.

Səfirin sözlərinə görə, səfər zamanı o, minaların harada olduğunu müəyyən edə bilən işçilərlə də tanış olub.