Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “Twitter” səhifəsində maraqlı paylaşım edib.
Yenicag.az xəbər verir ki, səfir Gəncə ləhcəsi ilə qeyd edib:
“Ay lələ! İlk dəfə Gəncəyə gələndə Azərbaycana yeni gələn tələbə idim. İndi mən Britaniya səfiri və Azərbaycanın dostu kimi qayıdıram”.
Qeyd edək ki, “Lələ” ifadəsi gəncəlilərin bir-birinə müraciət formasıdır.