Böyük Britaniya Ukraynaya “Sea King” döyüş helikopteri verib.
Yenicag.az xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Ben Yolles deyib.
Onun sözlərinə görə, 1 helikopter artıq Ukraynaya çatıb. Daha 2 helikopter yaxın vaxtlarda Ukraynada olacaq.
Nazir həmçinin söyləyib ki, Britaniya Ukraynaya 10 min artilleriya mərmisi verəcək: “Sursatlar Ukrayna Silahlı Qüvvələrinə bu yaxınlarda azad edilmiş ərazini qorumaqda kömək edəcək”.
Xatırladaq ki, Britaniyanın yeni Baş naziri Rişi Sunak Kiyevə səfəri zamanı Ukraynaya yeni hərbi yardım paketini açıqlamışdı.