“Əgər biz insanların birgəyaşayışını istəyiriksə, onda sülh prosesini dəstəkləməliyik”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov ABŞ-ın “Politico” nəşrinə açıqlamasında deyib.
O xatırladıb ki, 2020-ci ildə əldə olunmuş razılığa əsasən Ermənistan qanunsuz hərbi birləşmələri Qarabağdan çıxarmalı idi.
E. Süleymanov vurğulayıb ki, azərbaycanlılar heç vaxt ermənilər kimi davrana bilməz: “Ermənilər 1990-cı illərdə şəhərlərimizi ələ keçirəndən sonra qətllər törətdilər, qaçqın və köçkünlərimiz oldu. Amma biz onlar kimi davranmırıq”.
“Politico” sentyabrın 21-də Yevlaxda Azərbaycan rəsmiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüşünə də toxunulub:
“Azərbaycan tərəfi bildirir ki, konstruktiv danışıqlar reinteqrasiya prosesinin başlanğıcıdır. Yəni Qarabağ erməniləri silahı yeri qoymalıdır”.